Dünya birjalarında neftin qiyməti bahalaşır

İqtisadiyyat

26.11.2020 - 10:57

Azərbaycan neftinin bir barrelinin qiyməti 48,37 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar artaraq 48,86 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 45,91 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar artaraq 48,37 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az