Dünən baş verən 44 cinayətin üstü açılıb

Xəbərlər

08.12.2022 - 12:42

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Dekabrın 7-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 154, o cümlədən borclu şəxs qismində axtarılan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Müəllif: Ayna.az