Döyülən şəxs xəstəxanada ölüb

Hadisə

27.07.2022 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

İyulun 26-sı saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M. Məmmədovun (şərti) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Xətai Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü C. Əliyevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla M. Məmmədovun üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş