Dövlət Yol Polisi ictimaiyyətə daha yaxın oldu

Xəbərlər

06.12.2019 - 10:31

Həkimlər Klinikalar SEO Xidməti

“dyp.polisazerbaycan” "Instagram" səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb

 

Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən  Daxili İşlər Nazirliyində (DİN) də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AYNA-ya verilən məlumata görə, daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə “dyp.polisazerbaycan” adlı "Instagram" səhifəsinin yaradılmasına göstəriş verib.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən “dyp.polisazerbaycan” "Instagram" səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb.

 

BDYPİ sosial şəbəkə istifadəçilərini ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək “dyp.polisazerbaycan” "Instagram" səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş