Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib

Xəbərlər

25.01.2023 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

Namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, 30 yaşı keçməməli, fiziki cəhətdən sağlam olmalıdırlar

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya bildirilib ki, xidmətdə həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:

  • Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
  • 30 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30. Əlaqə nömrəsi:012-498–01–59.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş