Dövlət Departamenti: Qarabağdakı qondarma seçkiləri tanımırıq

Siyasət

12.09.2023 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Metyu Miller erməni separatçıların keçirdiyi “seçkilər”i tanımadığını deyib

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

AYNA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş