Dövlət büdcəsi haqqında qanuna dəyişiklik edildi

İqtisadiyyat

25.07.2019 - 09:14

Dəyişikliyə əsasən, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılıb. AYNA xəbər verir ki, Prezident İlham Əliyev qanunu təsdiqləyib. 

 

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2493) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 8.2-ci maddədə “3.037.618.152,0” rəqəmləri “3.187.618.152,0” rəqəmləri ilə əvəz edilsin.

2. 8.2.4-cü maddədə “1.383.753.312,0” rəqəmləri “1.533.753.312,0” rəqəmləri ilə əvəz edilsin.

3. 8.6-cı maddədə “2.620.387.016,0” rəqəmləri “2.470.387.016,0” rəqəmləri ilə əvəz edilsin.

4. 8.6.1-ci maddədə “2.577.355.340,0” rəqəmləri “2.427.355.340,0” rəqəmləri ilə əvəz edilsin.

5. 8.6.1.1-ci maddədə “1.502.732.410,0” rəqəmləri “1.352.732.410,0” rəqəmləri ilə əvəz edilsin.

6. 16-cı maddədə “27 155 796,1” rəqəmləri “27 370 796,1” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il".

Müəllif: Ayna.az