Neftimiz bahalaşır

İqtisadiyyat

02.05.2020 - 11:37

“Azeri Light”ın bir barreli 23,51 dollara satılır

 

Azərbaycan neftinin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, bu gün birjalarda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 23,51 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az