DİN 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Hadisə

07.07.2022 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki sürücü və sürücülərdən birinin sərnişini olan həyat yoldaşı hadisə yerində ölüb

Daxili İşlər Nazirliyi (DİN) dünən Şabranda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, iyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş