Dəyirmanda zəhərlənmə: iki nəfər ölüb

Xəbərlər

14.08.2023 - 12:24

Prokurorluq hadisə barədə məlumat yayıb

Xızıda dəyirmanda iki nəfər qazdan zəhərlənərək ölüb. AYNA xəbər verir ki, bu barədə Xızı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində iki nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş