Deputatdan qardaşının həbsinə reaksiya: “Allah qapısını açsın”

Aktual

26.07.2023 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Vüqar Bayramov:  “İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək”

“Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi. Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm”. AYNA xəbər verir ki, bu sözləri sosial media hesabında deputat Vüqar Bayramov yazıb.

Millət vəkili bildirib ki, ölkədən kənarda olduğu müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur: “İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək”.

“Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm. Allah bütün məhbusların qapısını açsın”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, millət vəkilinin qardaşı, ADR Partiyasının sədri Qubad İbadoğlu üç gün qabaq saxlanılıb. Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib və Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş