COVID-19-un daha bir xüsusiyyəti üzə çıxıb

Maraqlı

14.04.2020 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

O, digər viruslara görə ikiqat çox yoluxucudur

 

Dünyada koronavirus barədə araşdırmalar davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yeni Mexiko ştatındakı Los Alamos Beynəlxalq Laboratoriyasında aparılan növbəti araşdırmada Covid-19-un digər viruslara görə ikiqat çox yoluxucu olduğu ortaya çıxıb.

 

İki milyona yaxın insana yoluxan, 119 mindən çox insanın ölümünə səbəb olan bu virus bir insandan digərinə yüksək faizlə keçə bilir. Hətta bir insan saysız insanı qısa müddətdə yoluxdura bilir.

 

Araşdırmaya görə, əvvəllər bir insanın 2-3 nəfəri yoluxdura bildiyi güman edilirdisə, indi yoluxma miqyasının 5-7 nəfərə qalxdığı düşünülür.

Müəllif: Ayna.az