COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

31.03.2023 - 17:23

Azərbaycanda son sutkada 467 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 467 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 373, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 57, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 954 700, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 735, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 026, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 999, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 940 nəfər təşkil edir.

Müəllif: Ayna.az