Son həftədə koronavirus əleyhinə 166 nəfərə peyvənd vurulub
Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 166 nəfərə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən AYNA-ya verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 29, ikinci mərhələ üzrə 38, üç və daha çox doza üzrə 89, pozitiv nəticədən sonra “buster” doza üzrə 10 nəfər vaksinasiya olunub.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 968 857, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 309, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 014, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 382 təşkil edir.