Azərbaycanda son sutkada 120 nəfər peyvənd olunub
Azərbaycanda son sutkada 120 koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 958 464, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 417, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 501, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 069 nəfər təşkil edir.