COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

12.03.2023 - 19:04

Azərbaycanda son sutkada 161 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 161 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 49, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 6 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 951 443, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 493, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 118, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 763 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş