COVID-19 əleyhinə neçə peyvənd vurulub?

Xəbərlər

16.12.2022 - 18:02

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 307 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 121, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 30 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 927 125, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 529, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 329 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş