COVID-19-a qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

16.07.2023 - 20:03

Son sutkada 22 nəfər vaksinasiyadan keçib

İyulun 16-da Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 22 nəfər vaksinasiyadan keçib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan peyvəndlərin sayı 10, ikinci doza peyvəndlərin sayı 5, üç və daha çox doza peyvəndlərin sayı 6, pozitiv nəticədən sonra “buster” doza peyvəndlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan peyvəndlərin ümumi sayı 13 milyon 968 min 48, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 844, ikinci mərhələ üzrə 4 milyon 884 min 184, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 978, pozitiv nəticədən sonra “buster” doza peyvəndlərin sayı 266 min 342-dür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş