Azərbaycanda daha 430 nəfər peyvənd olunub
Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) əleyhinə 430 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 165, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 950 865, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 359, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 931, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 736 nəfər təşkil edir.