Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Xəbərlər

07.08.2022 - 14:37

Türkiyə XİN Ceyhun Bayramovun səfəri ilə bağlı məlumat yayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyinin dəvəti ilə XIII “Səfirlər Konfransı”nda iştirak üçün 8-9 avqust tarixində Türkiyədə səfərdə olacaq.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramovun Konfransda səfirlərə müraciəti nəzərdə tutulub.

Müəllif: Ayna.az