Ceyhun Bayramov Çavuşoğlu ilə görüşüb

Siyasət

01.12.2022 - 01:50

Görüş zamanı bir sıra məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub.

“Hər zaman bir yerdə, bir millət iki dövlət”, - nazir "Twitter" səhifəsində yazıb.

Müəllif: Ayna.az