Ceyhun Bayramov TDT XİN başçılarının görüşündə çıxış edib
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın suveren torpaqlarında həyata keçirilmiş antiterror tədbirlərlə bağlı göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlığını bildirib.
AYNA xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) XİN başçılarının Nyu-Yorkda keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı deyib.
Nazir həmkarlarına Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri barədə məlumat verib.