Azərbaycan millisi Xorvatiya yığması ilə heç-heçə etdi

İdman

09.09.2019 - 22:12

72-ci dəqiqədə Təmkin Xəlilzadənin qolu ilə tablodakı rəqəmlər bərabərləşib

 

AVRO-2020 çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya qarşılaşması başa çatıb. AYNA xəbər verir ki, "Bakcell Arena"da baş tutan qarşılaşma 1-1 hesabı ilə nəticələnib.

 

İsveçrəli hakimlər briqadasının idarə etdiyi oyunda hesabı xorvatlar açıb. Luka Modriç 11-ci dəqiqədə qonaq komandanı önə çıxarıb.

 

Lakin böyük əzmkarlıq göstərən Azərbaycan millisi 72-ci dəqiqədə Təmkin Xəlilzadənin qolu ilə tablodakı rəqəmləri bərabərləşdirib. Bundan sonra isə oyunda yadda qalan hadisə olmayıb və komandalar meydandan sülhlə ayrılıblar.

 

Qeyd edək ki, Azərbaycan milli komandası bu nəticə ilə qrupda ilk xalını qazanıb və 5 turdan sonra hələ də sonuncu pillədədir.

Müəllif: Mərahim Nəsib