Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb

Xəbərlər

11.05.2023 - 20:37

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş