Çaylarda sululuq artıb

Xəbərlər

02.04.2023 - 14:51

Çay məntəqələrində artım müşahidə edilir

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar, Təngərudçay-Vaqo məntəqələrində suyun səviyyəsi 11-16 sm; Böyük Qafqazın ərazisindən axan Əyriçay-Ağyazı və Vəlvələçay-Təngəaltı məntəqələrində 2-6 sm, Qarasuçay-Zərdab məntəqəsində 36 sm; Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar, Kürəkçay-Toğana, Əsrikçay-Əsrikcırdaxan məntəqələrində 1-6 sm; Qanıx çayının Cəlayir məntəqəsində 6 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surrada 37 sm, Kür-Şirvanda isə 4 sm artım müşahidə olunub.

Müəllif: Ayna.az