Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işləri aparılır
Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
AYNA-ya bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.