Dövlət Departamentinin sözçüsü ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini vəzifəsinə namizəd olub
ABŞ Prezidenti Donald Tramp ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth Social” şəbəkəsində yazıb.
“Mən böyük vətənpərvər, media şəxsiyyəti Tammi Bryusun namizədliyini Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsinin müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam”, Tramp qeyd edib.
Amerika lideri onu da bildirib ki, hazırkı prezidentlik dövründə Bryus Dövlət Departamentindəki işində əla nəticələr nümayiş etdirib. O, Bryusun "ölkəni BMT-də parlaq şəkildə təmsil edəcəyinə" ümid etdiyini bildirib.
Qeyd edək ki, Bryus jurnalistdir. O uzun müddət Respublikaçılar Partiyasına bağlı bir sıra media orqanlarında çalışıb. 2025-ci ilin yanvarında o Amerika xarici siyasət departamentinin nümayəndəsi olub.