Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri ilə üçtərəfli görüşü başlayıb
Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb.
AYNA xəbər verir ki, hazırda üçtərəfli görüş davam edir.
Görüşdən sonra Mişelin bəyanatla çıxış edəcəyi gözlənilir.