Braziliya lideri müayinədən sonra evə buraxılıb
Həkimlər Braziliya Prezidenti Luis İnasio Lula da Silvaya qulağın iltihabı diaqnozu qoyublar.
AYNA.AZ xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Qeyd olunur ki, bazar ertəsi, mayın 26-da dövlət başçısının başı gicəllənib və klinikaya gedib, orada ona labirintit diaqnozu qoyulub.
Braziliya lideri müayinədən sonra evə buraxılıb və hazırda rəsmi iqamətgahındadır.
Portalın məlumatına görə, Lula da Silva səhhətinə görə günün qalan hissəsində işgüzar görüşlərini ləğv etmək məcburiyyətində qalıb.