Böyük Mərdəkan qəsrində çökmə olub

Mədəniyyət

13.04.2026 - 19:42

Vəziyyət aidiyyəti qurumların nəzarətindədir: zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində dünən Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş