"Əgər bu, Avropa Komissiyasının İsrailin hərəkətlərinə verə biləcəyi yeganə cavabdırsa, zarafatdır”
Avropa İttifaqı (Aİ) diplomatiyasının keçmiş rəhbəri Cozef Borrell hesab edir ki, Aİ İsrailə qarşı onun “Horizon Europe” tədqiqat proqramında iştirakını dayandırmaqdan başqa daha sərt tədbirləri nəzərdən keçirməlidir. AYNA.AZ xəbər verir ki, bu barədə Borell “Euobserver”ə deyib.
"Əgər bu, Avropa Komissiyasının İsrailin hərəkətlərinə verə biləcəyi yeganə cavabdırsa, zarafatdır. Həm də pis zarafatdır. Aİ-yə üzv ölkələr isə bunu təsdiq edə bilmədilər. Baş verənləri nəzərə alsaq, onların edə biləcəyi yeganə şey budurmu? Görülə biləcək daha vacib işlər var", Borell vurğulayıb.
Onun sözlərinə görə, AK İsraillə ticarət sazişinin dayandırılmasını nəzərdən keçirməlidir: “Bir çox üzv dövlətlər sadəcə olaraq İsrailə sanksiya tətbiq etmək istəmir. Bu, reallıqdır".