Qəzza zolağında 500 mindən çox insan hazırda aclıq və yoxsulluqla səciyyələnən fəlakətli şəraitdə yaşayır”
BMT Qəzzada ilk dəfə olaraq “fəlakətli aclıq” elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə qida təhlükəsizliyinin monitorinqi üzrə BMT-nin mexanizmi olan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) hesabatında deyilir.
15 avqust 2025-ci il tarixinə Qəzzada IPC miqyasında aclığın beşinci mərhələsi – “fəlakətli aclıq” təsdiqlənib.
“IPC-nin hesablamalarına görə, Qəzza zolağında 500 mindən çox insan hazırda aclıq və yoxsulluqla səciyyələnən fəlakətli şəraitdə yaşayır”, - sənəddə qeyd edilib.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer bildirib ki, region sakinlərinə ərzaq və humanitar yardımların çatdırılmasını davam etdirməklə mövcud vəziyyətin qarşısını almaq olardı.