“Biz danışıqlar yolu ilə yeni həllə nail olmaq üçün bir çox imkanlar təklif etdik, lakin İran rəsmiləri bu fürsətdən istifadə etmədilər”
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Avropanın İranla nüvə proqramı ilə bağlı danışıqlarının nəticəsiz qalmasından sonra BMT-nin Tehrana qarşı daha geniş sanksiyaları tətbiq olunacaq. AYNA.AZ xəbər verir ki, nazir bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.
Almaniya diplomatiyasının rəhbəri İrana qarşı BMT səviyyəsində sanksiyaların “tətbiq ediləcəyinə” əmin olduğunu bildirib.
“Biz danışıqlar yolu ilə yeni həllə nail olmaq üçün bir çox imkanlar təklif etdik, lakin İran rəsmiləri bu fürsətdən istifadə etmədilər”, o deyib.
Vadefulub sözlərinə görə, BMT-nin İrana qarşı sanksiyalarının bərpası mexanizmi qüvvəyə minsə də, diplomatiya üçün hər zaman yer olacaq.
Tehranla Qərb arasında gərginlik son bir ildə, xüsusən də iyun ayında İsrail və ABŞ-ın İranın əsas nüvə obyektlərinə hava zərbələri endirməsindən sonra xeyli artıb.
Avqustun sonunda İranın nüvə sazişinin Avropa qarantları olan Böyük Britaniya, Almaniya və Fransa İrana qarşı sanksiyaların bərpası mexanizminin tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib.