“Biz razılaşdıq ki, indi ölkənin əsas gəlir mənbəyi olan Rusiya neftinin ixracına təzyiqi artırmağın vaxtıdır”
G7 (“Böyük yeddilik”) ölkələri Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı sanksiyaların “əhəmiyyətli dərəcədə sərtləşdirilməsi” ilə bağlı razılığa gəlməyə yaxındır. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” sənəd layihəsinə istinadən məlumat yayıb.
“Biz razılaşdıq ki, indi ölkənin əsas gəlir mənbəyi olan Rusiya neftinin ixracına təzyiqi artırmağın vaxtıdır”, - deyə sazişdə qeyd edilib.
Mənbələrin bildirdiyinə görə, G7-nin maliyyə nazirləri bu məsələ ilə bağlı bəyanat yayacaqlar. Baxmayaraq ki, mümkün sazişin mətni “yekunlaşdırılana qədər hələ də dəyişə bilər və bütün yeddi ölkə, o cümlədən ABŞ onu imzalayır”.
Sentyabrın 16-da məlum olub ki, G7 rəsmiləri Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi üzərində işləyirlər və sənədi “yaxın iki həftə” ərzində yekunlaşdırmağı planlaşdırırlar.
Bundan əlavə, G7 ölkələri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardım məqsədilə istifadəsi ilə bağlı danışıqları sürətləndirməyə razılaşıblar.