Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında görüş keçirilib

Siyasət

20.09.2022 - 06:09

Üçtərəfli görüş Nyu-Yorkda baş tutub

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü olub.

Bu barədə AYNA Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, - məlumatda deyilir.

Müəllif: Ayna.az