Bir nəfər Xəzərdə batıb

Hadisə

10.06.2024 - 11:37

Dalğıc-xilasedicilər axtarışlara cəlb olunublar

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında Xəzər dənizində bir nəfər batıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş