Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbərlər

12.11.2023 - 20:02

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 13-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş