Bəzi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Xəbərlər

31.03.2023 - 19:35

Şimal-qərb küləyi arabir 25 m/s-dək güclənib

Martın 31-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Qırız, Şahdağ, Yardımlı, Lerikdə qar yağıb.

Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir intensiv xarakterli yağış yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Müəllif: Ayna.az