Bəzi magistrallarda görmə məsafəsi məhdudlaşacaq

Xəbərlər

23.04.2023 - 19:02

Görünüş məsafəsinin 400-800 metrədək məhdudlaşacağı ehtimalı var

Sabah dumanla əlaqədar bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, aprelin 24-də gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 400-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş