Berlin küçələrində almanları Ukraynada müharibəyə çağıran vərəqlər yayılıb

Dünya

01.10.2025 - 15:18

Vərəqlərdə almanlar Ukrayna Silahlı Qüvvələri tərkibindəki “Beynəlxalq Legion”a qoşulmağa çağırılır

Berlinin Şarlottenburq-Vilmersdorf rayonunun küçələrində Almaniya paytaxtının sakinlərini Ukraynada döyüşməyə çağıran vərəqlər peyda olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti yazıb.

Vərəqlərdə almanlar Ukrayna Silahlı Qüvvələri tərkibindəki “Beynəlxalq Legion”a qoşulmağa çağırılır. Vərəqlərdə həmçinin İkinci Dünya müharibəsindən qalma alman hərbi əsirlərinin arxiv qara-ağ fotoşəkili və yanında “Qisas al” şüarı əks olunub.

Vərəqlərdəki QR kodu Ukrayna hökumətinin rəsmi saytında Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün ərizə forması olan səhifəyə aparır.

Nəşrin məlumatına görə, bu cür vərəqlər sentyabrın ortalarında Berlin küçələrində görünməyə başlayıb, lakin sonradan yığışdırılıb. Bu cür çağırışların yayılmasının arxasında kimin dayandığı məlum deyil.

Qeyd edək ki, Almaniyada xarici ölkədə hərbi xidmətə cəlb etmək cinayət sayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş