Bərdə sakinindən odlu silah götürülüb

Xəbərlər

07.08.2022 - 13:56

1 ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb

Bərdə sakinindən odlu silah götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yurik İsmayılov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, tapançaya məxsus 11 ədəd patron və 2 patron darağı, eləcə də 1 ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az