Belousov: "Dünyada münaqişə potensialı təhlükəli şəkildə artır"

Dünya

26.06.2025 - 17:05

cedabet dərman SEO Xidməti

“Qlobal sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq qurumların rolu qəbuledilməz həddə düşüb"

Rusiyanın müdafiə naziri Andrey Belousov qlobal hərbi-siyasi vəziyyətin pisləşməkdə davam etdiyini, potensial münaqişələrin səviyyəsinin sürətlə artdığını və ciddi təhlükə yaratdığını bildirib. AYNA.AZ bu barədə “RİA Novosti”yə istinadən bildirir.

"Dünyada mövcud hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır və pisləşməyə meyllidir. Geosiyasi ziddiyyətlər güclənib. Strateji sabitliyin fundamental əsasları məhv edilir. Münaqişə potensialı təhlükəli şəkildə artıb. Bunun fonunda qlobal sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq qurumların rolu qəbuledilməz həddə düşüb", - Belousov qeyd edib.

Rusiyanın müdafiə nazirinin sözlərinə görə, “dünyada qeyri-sabitliyin artması və münaqişə potensialının artması qlobal üstünlüyünü qoruyub saxlamağa çalışan kollektiv Qərbin apardığı destruktiv siyasətlə bağlıdır”.

Nazir bir çox regionda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi ərazilərdə və ona bitişik ərazilərdə gərginlik ocaqlarının formalaşdığını diqqətə çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş