Manatın ortaçəkili məzənnəsi müəyyənləşdi

İqtisadiyyat

30.07.2019 - 14:10

Mərkəzi Bankda valyuta hərracı keçirilib

 

30 iyul 2019-cu il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

 

AMB-dən AYNA-ya verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, bu gün 1 ABŞ dolları rəsmi olaraq 1.7 AZN-ə bərabərdir.

Müəllif: Ayna.az