Baş prokuror Hacıqabulda vətəndaşlarla görüşəcək

Xəbərlər

05.06.2023 - 16:07

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və rayona gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 9-da saat 10:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinləri ilə görüşəcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Hacıqabul rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ayna.az