Baş nazir qərar imzalayıb

Xəbərlər

03.12.2022 - 12:17

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2023-cü il yanvarın 1-dək uzadılıb.

AYNA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Müəllif: Ayna.az