Balakəndə ölümlə nəticələnən ağır yol qəzası olub
Balakəndə avtomobil və traktorun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, digəri xəsarət alıb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Balakən rayonunun Katex kəndi ərazisində 1994-cü il təvəllüdlü Şaban Çalabovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.
Nəticədə minik avtomobilindəki sərnişin 1955-ci il təvəllüdlü Çalabov Əli Şaban oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişini 1958-ci il təvəllüdlü Çalabov Rəcəb Şaban oğlu xəsarət alıb.