Bakının mərkəzində partlayış olub

Xəbərlər

12.07.2022 - 00:36

Bakının mərkəzindəki yanğının səbəbi açıqlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

AYNA bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş