Bakıda sərnişin avtobusu piyadanı vurub

Xəbərlər

19.10.2023 - 23:33

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakının Nəsimi rayonunda sərnişin avtobusu 34 yaşlı piyadanı vurub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 3-cü mikrorayon ərazisində 119 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1989-cu il təvəllüdlü Rəhmanov Rüstəm Məcnun oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş