Bakıda pəncərə silən qız 8-ci mərtəbədən yıxılıb

Hadisə

20.09.2022 - 11:27

18 yaşlı qız hadisə yerində ölüb

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mətəbədən yerə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az