Bakıda Musiqi Forumu keçirilir

Mədəniyyət

29.10.2023 - 17:21

Forum oktyabrın 31-də başa çatacaq

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə Musiqi Forumu keçirilir. AYNA xəbər verir ki, Musiqi Forumu Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutur.

Forumun ilk günündə açılış nitqləri ilə yanaşı "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" və "Ənənəvi musiqi janrları" adı altında panel müzakirələri olacaq.

Forum oktyabrın 31-də başa çatacaq.

Xatırladaq ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr, Kino və Azərbaycan dili və ədəbiyyatı forumları da keçirilib.

Müəllif: Ayna.az